Braziliyada helikopter qəzasında məşhur jurnalist dünyasını dəyişib

Braziliyada məşhur jurnalist və aparıcı Rikardo Boexat aviaqəza nəticəsində dünyasını dəyişib.

Trend-in məlumatına görə, qəza San-Paulu şəhərində baş verib.

66 yaşlı aparıcı kiçik helikopterin göyərtəsində olub. Helikopter şəhərdə trass üzərində keçərkən yük avtomobilinə toxunub. Hadisə yerində yanğın başlayıb. Jurnalistlə bərabər helikopterin pilotu da həlak olub.

  DİGƏR XƏBƏRLƏR