Çilidə güclü yağışlar 9 nəfərin ölümünə səbəb olub

Çilidə güclü yağışlar 9 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Sebastyan Pinyera bildirib. Onun çıxışı Fövqəladə Hallar üzrə Milli İdarənin “Twitter” səhifəsində yerləşdirilib.

S.Pinyera deyib: “Loa əyalətində 3 nəfər həlak olub, şimali makro-zonada isə 6 nəfər”.

Onun sözlərinə görə, çayların daşması nəticəsində 820 evə yüngül zərər, 78 evə isə ciddi zərər dəyib. O bildirib ki, 75 ev tam dağılıb.

  DİGƏR XƏBƏRLƏR