ÇL: “Atletiko” doğma meydanda “Yuventus”un öhdəsindən gəldi

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı keçirilib.

Trend-in məlumatına görə, “Atletiko” doğma meydanda “Yuventus”u qəbul edib. Matç ev sahibi komandanın 2:0 hesabı ilə başa çatıb.

78-ci dəqiqədə Ximenes, 83-cü dəqiqədə isə Qodin fərqlənib.

Cavab matçı 12 martda Turində keçiriləcək.

  DİGƏR XƏBƏRLƏR