Gəncədə qadını bıçaqlayan yeniyetmə saxlanılıb

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, fevralın 4-də axşam saatlarında Gəncə şəhər sakini N.İsmayılovanın qarnının daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Kəpəz Rayon Polis İdarəsinə məlumat daxil olub.

Xəstə dərhal əməliyyat olunub.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, yetkinlik yaşına çatmayan S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb. O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, N.İsmayılovaya aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

  DİGƏR XƏBƏRLƏR