İranda 7 mindən artıq zərərçəkənə yardım edilib

İranda daşqın, qar və çovğun ilə əlaqədar 7 mindən çox zərərçəkənə yardım edilib.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi Fars İnformasiya Agentliyinə açıqlamasında deyib.

M.Səliminin sözlərinə görə, yollarda qalan 697 nəfər müvəqqəti məkanlarda yerləşdirilib. O əlavə edib ki, 439 avtomobil qardan çıxarılıb, 83 mənzil təxliyə olunub.

İranın 17 vilayəti – Yəzd, Mərkəzi, Mazandaran, Lorestan, Kohgiluyə və Buyir-Əhməd, Kirmanşah, Kirman, Qəzvin, Fars, Simnan, Xuzistan, Şimali Xorasan, Çahar-Mahal və Bəxtiyari, Tehran, Buşehr, İlam, İsfahan vilayətləri ötən 3 gün ərzində daşqın, qar və çovğun ilə üzləşib.

  DİGƏR XƏBƏRLƏR