Leyla Şıxlinskayaya vurulan ziyanın 56 min manatı ödənilib

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri – baş mühasib Şəhla AbbasovaSəkinə QasımovaAytən HüseynovaMədinə HüseyevaYelena Abdullayevavə digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, L.Şıxlinskaya vurulan ziyandan 56 min manat ödənilib.

Bildirilib ki, həmin məbləğ məhkəmənin depozit hesaba köçürülüb.

Daha sonra təqsirləndirilən şəxslər son söz üçün məhkəmədən vaxt istəyiblər.

Proses gələn həftə davam etdiriləcək.

Xatırladaq ki, prokuror çıxışında Ş.Abbasovanın 9 il, Y.Abdullayevanın 2 il, S.Qasımova, Aytən Hüseynova və Mədinə Hüseyevanın isə hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalında həbs olunmasını istəmişdi.

İttiham aktına əsasən, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə 56 min manat ziyan dəyib.

  DİGƏR XƏBƏRLƏR