Meksikada boru kəmərində baş verən partlayış 170 uşağı valideynsiz qoyub

Meksikanın İdalqo ştatında boru kəmərində qanunsuz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində baş verən partlayış 170 uşağı valideynsiz qoyub.

Trend-in məlumatına görə, bu barədə İdalqo ştatında federal hökumətin inkişaf proqramlarının nümayəndəsi Abraam Mendosa bildirib.

A.Mendosa deyib: “Təxmini məlumatlara görə, hazırda 170 yetkinlik yaşına çatmayan valideynini itirmiş uşaq var. Biz məlumat toplamağa davam edirik”.

Onun sözlərinə görə, uşaqların bəziləri partlayış nəticəsində hər iki valideynini, bəziləri bir valideynini, bəziləri isə yeganə valideynini itirib.

Xatırladaq ki, yanvarın 18-də İdalqo ştatının Tlauelilpan rayonunda qanunsuz qoşulmalara görə yaranan yanacaq sızması nəticəsində boru kəmərində partlayış baş verib. Partlayış nəticəsində 128 nəfər həlak olub.

  DİGƏR XƏBƏRLƏR