Müttəhim könüllü türməyə getdi, həbs etmədilər

Amerikanın Yeni Orlean şəhərində qətldə və silahlı basqında şübhəli bilinən bir kişi könüllü şəkildə türməyə düşməyə razı olub. Amma “The Advocate” nəşrinin yazdığına görə, gözətçilər onu həbs etməkdən imtina ediblər.

Qeyd edilir ki, 2018-cin ilin 18 sentyabrında Frenk Sems cinayət ortağı Farnel Ceksonla birlikdə yanacaqdoldurma məntəqəsini qarət edib və oranın əməkdaşlarından birini güllələyib. Cekson polisə təslim olub, 2019-cu ilin 10 yanvarında məhkəmə prosesi keçirilib və məhkəmə gedişində onlara ömürlük cəza verilib.

Gözlənilən məhkəmə hökmü ilə bağlı Sems vəkil Kelli Oriansla əlaqə saxlayıb. Sonuncu ona məsləhət görüb ki, könüllü şəkildə hökumətə təslim olsun. 6 fevralda o, vəkili ilə birgə yerli türməyə gedib və Orians törətdiyi əməli etiraf edib. Məhkəmə gözətçiləri ona inanmayıblar və ondan şəxsiyyətini təsdiqləyən sənəd tələb edib. Həmin vaxt isə sənədləri üzərində deyildi.

Vəkili baş verən hadisənin anormallığı təəccübləndirib. Onun sözlərinə görə, “baş verən hadisəyə ancaq gülmək olardı”. Türmə əməkdaşları Semsanı içəri ancaq o zaman buraxıblar ki, o, qəzetdəki “axtarılır” elanının altında yazılmış fotosunu göstərib.

Lakin kişini ikinci dərəcəli qatil kimi ittiham edib, 500 min dollar girov qarşılığında azadlığa çıxma şərti ilə azad ediblər. Onun işini ikinci dəfə araşdırılması üçün məhkəməyə veriblər.Musavat.com

  DİGƏR XƏBƏRLƏR