Nepalda vertolyot QƏZASI – Nazir həlak oldu

Nepalda baş vermiş vertolyot qəzası nəticəsində 6 nəfər həlak olub.

Trend-in məlumatına görə, həmin vertolyotda olan mədəniyyət, turizm və mülki aviasiya naziri Rabindra Adhikari də həyatını itirib.

Qeyd olunur ki, nazir Pançthar rayonunda açılmış yeni hava limanın təftiş etmək üçün yola düşübmüş.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

  DİGƏR XƏBƏRLƏR