Paytaxtda qəribə fırıldaq törədildi- VİDEO

Paytaxtda qəribə fırıldaqçılıq törədilib.

Belə ki, bir nəfər hovuz aksesuarları mağazasına zəng edərək məhsul sifariş verib. Mağaza sahibinə deyib ki, məhsulları tanış sürücü ilə yola sal, pulunu ödəyəcəm. Dükan sahibi dırnaqarası müştərinin dediyi kimi edib, amma nəticə tamam fərqli olub.

Paytaxtın Xətai rayonunda hovuz aksesuarları mağazasında işləyən Bayram Əsədliyə fırıldaq gələrək xeyli malını ələ keçiriblər.

Hadisə bir neçə gündən bundan əvvəl baş verib. Belə ki, bir nəfər ona dəfələrlə zəng edərək məhsul almaq istədiyini deyib.Sonda tərəflər arasında razılıq əldə edilib. Sifariş verən şəxs Bayram Əsədliyə deyib ki, tanıdığı taksi sürücüsü ilə məhsulları Binəqədi rayonuna yola salsın. Mağaza sahibi elə müştərinin dediyi kimi edib.

Amma həmin adam tamam başqa cür hərəkət edib. Taksi sürücüsünü aldadaraq aradan çıxıb.

Mağaza sahibi onun su almaq adı ilə girdiyi dükanda kameraya düşmüş görüntülərini əldə etdiyini iddia edir. O bu görüntülər vasitəsilə fırıldaqçının tezliklə tapılacağına ümid edir.

Mağaza sahibi hadisə ilə bağlı artıq hüquq mühafizə orqanlarına da müraciət edib.musavat

  DİGƏR XƏBƏRLƏR