Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində Azərbaycan və Gürcüstandan keçən yüklərin həcmi artır və artacaq

Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində Azərbaycan və Gürcüstandan keçən yüklərin həcmi artır və artacaq.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində əməkdaşlığa da böyük diqqət göstərirlər: “Bu layihələr də ölkələrimizə çox böyük fayda gətirir. İl yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində indi ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və artacaqdır. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görürük və artan yükdaşımalar deməyə əsas verir ki, biz düzgün yoldayıq”.

İlham Əliyev vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Azərbaycan öz qonşuları ilə, Xəzərin şərq hissəsində yerləşən ölkələrlə çox fəal danışıqlar aparıb, razılığa gəlinib:

“Əminəm ki, bu razılıq əsasında indi yükdaşımalar böyük dərəcədə artacaqdır. Bu, bizim ümumi layihəmizdir. Bu yeni dəhliz imkan verəcək ki, qitələr birləşsin. Yenə də burada Azərbaycan, Gürcüstan və Türkiyə – ənənəvi üçtərəfli əməkdaşlıq formatı əsas rol oynamışdır, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır”.trend

  DİGƏR XƏBƏRLƏR