Qahirə vağzalı YANIR – 24 ölü, 50 yaralı

Misirin paytaxtı Qahirənin mərkəzi vağzalında güclü yanğın baş verib.

Trend-in məlumatına görə, hadisəyə səbəb qatarın yanacaq daşıyan sisternlə toqquşması olub.

Toqquşmadan sonra partlayış qeydə alınıb. Yanğın nəticəsində 24 nəfərin öldüyü, 50-yə yaxın şəxsin xəsarət aldığı bildirilir.

Hazırda vağzal təxliyə olunub. Qataralrın hərəkətində problem yaranıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

  DİGƏR XƏBƏRLƏR