Ronaldo Xediranı nokdaun vəziyyətinə saldı

İtaliya A Seriyasında 23-cü turun oyunları çərçivəsində “Yuventus” səfərdə “Sassuolo” ilə qarşılaşıb.

Görüş “Yuventus”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda böyük hesablı qələbə ilə yanaşı daha bir maraqlı hadisə baş verib. Komandanın hücumçusu Kriştian Ronaldo rəqib qapısı qarşısında topu qəbil edib və sağ cinaha ötürmə etmək istəyib. Bu zaman top onunla eyni xəttə dayanan komanda yoldaşına dəyib. Sami Xedira aldığı zərbədən nokdaun vəziyyətinə düşüb. Lakin bu hadisə ona rəqib qapısından top keçirməyə mane olmayıb.

“Sassuolo” – “Yuventus” – 0:3

Qollar: Xedira, 23, Ronaldo, 70, Əmrə Can, 86

Xalını 63-ə çatdıran “Yuventus” liderliyini möhkəmləndirib.

  DİGƏR XƏBƏRLƏR