Rusiyada avtobus yük maşını ilə toqquşub: 21 yaralı

Bu gün səhər saatlarında Rusiyanın Nijni Novqorod şəhərində avtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, 37 nəfərin olduğu PAZ markalı avtobus yol kənarında dayanan yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində 21 nəfərə tibbi yardım göstərilib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb kimi avtobus sürücüsünün idarəetməni itirməsi göstərilir.

Avtobusun marşrut xətti üzrə fəaliyyət göstərmədiyi, işçiləri apardığı bildirilir.

  DİGƏR XƏBƏRLƏR