Təbii yollarla dişlərimizi necə ağarda bilərik? – Daşı və ərpi də təmizləyir

Dişlərimizi gündəlik təmizləsəkdə, onların qeydinə vaxtı vaxtında qalsaq da, ağızda bakteriya daima olur. Qəbul etdiyimiz qidaların qalıqları ağızda qalır. Bu zaman ağızda yaranan turşulu maddələr qalıqları parçalamağa başlayır. Nəticə isə heç də xoş olmur. Hər qida qəbulunda müəyyən formada dişimizə yapışıb qalan maddələr mina qatına zərəbə vurur. Bu isə dişlərimizin sağlamlığı barədə narahat olmağa əsas verir. Qida qəbulundan sonra dişdə yaranan ərp sərtləşərək diş daşları yaradır. Dişlərə qulluqda ehmal ağır nəticələrlə özünü göstərə bilər. Məsələn ürək xəstəlikləri və diyabet!
Buna görə də mütamadi mayinə olunmaq məsləhətdir.
Medicina.az sizə ev şəraitində dişləri ağartmağın, daşları və ərpi təmizləməyin yollarını təqdim edir:
1. Natrium karbonat (soda)
Soda diş məcunu kimi də istifadə edilir. Faydalı maddə olan natrium karbonat dişlərin ağardılmasında tətbiq edilən vasitələrdəndir.
Resept: Bir yemək qaşığı sodaya, bir çimdik duz  əlavə edin. Yaş diş fırçanızı alınan qarışığı batırın. Daha sonra dişlərinizi frıçalamağa başlayın. Diş daşlarından tamamilə xilas olana kimi hər gün bir dəfə tətbiq etməklə davam etmək olar.
2. Bol-bol meyvə tərəvəz yemək
Ümumi mənada sağlamlıq tövsiyyəsi kimi görünsə də dişlərə olduqca faydalıdırr. Alma, yerkökü, kərəvizin zoğu kimi meyvə və tərəvəzləri çiy yeyildikdə dişlərə xeyri var. Həmçinin diş ətinin möhkəmləsinə də kömək edir.
3. Əncir yeyin
Əncir dişə yapışan zərərli maddələri və mikropları tamamilə məhv edir.
Resept: 3 və yaxud 4 ənciri götürün ast-asta çeynəyin. Bu zaman çalışın ki, əncir ağızın hər tərəfinə təmas etsin.

  DİGƏR XƏBƏRLƏR