Təhsil Nazirliyi: Magistratura səviyyəsi üzrə ixtisaslar yenilənəcək

Magistratura səviyyəsi üzrə ixtisas təsnifatına yenidən baxılacaq və onlar da bakalavriat səviyyəsi üzrə yeni ixtisas təsnifatına uyğunlaşdırılıacaq.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Nazirlik rəsmisi gələn il bu istiqamətdə işlərin aparılacağını nəzərə çatdırıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin bu günlərdə təsdiq etdiyi “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda ixtisasların sayının azaldılıb.

NK-nın qərarı ilə mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib.

  DİGƏR XƏBƏRLƏR