Türkiyədə PARTLAYIŞ – Yaşayış binası dağıldı

Türkiyənin cənubunda Qaziəntəp vilayətində yaşayış binasında partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış nəticəsində binanın böyük hissəsi dağılıb.

İlkin məlumata görə, insident nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Partlayışın səbəbi kimi qaz sızması göstərilir. Hadisə yerinə xilasedicilər və tibbi yardım cəlb olunub.

  DİGƏR XƏBƏRLƏR