Yaponiyanın qırıcı təyyarəsi dənizə düşdü

Yaponiyanın Hərbi Hava Qüvvələrinə məxsus F-2 qırıcısı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qırıcı səhər saatlarında Fukuoka prefekturası sahillərində dənizə düşüb.

Təyyarənin təlim-məşq uçuşu həyat keçirdiyi bildirilir. Təyyarədə olan iki pilot sağ qalıb.

Məlumata görə, səhər saatlarında təyyarə radarlardan itəndən dərhal sonra axtarış tədbirləri aparılıb.

Qırıcının hansı səbəbdən qəzaya düşməsi hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

  DİGƏR XƏBƏRLƏR