8 mart günü hava necə olacaq?

Mart ayının 8-də hava şəraiti küləkli və nisbətən soyuq olacaq.

Bu barədə Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Departament direktorunun sözlərinə görə, həmin gün arabir güclənən şimal küləyinin sürəti saniyədə 15-20 metr olacaq: “Günün birinci yarısında küləyin sürətinin 23 m/s-yə çatacağı gözlənilir. Havanın temperaturu 8 dərəcəyə yaxın olacaq ki, bu da qış ayları üçün səciyyəvi göstəricidir”.

  DİGƏR XƏBƏRLƏR