Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Ağdam rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 26-da saat 12 radələrində Ağdam rayonunun Qaradağlı kəndi ərazisində kənd sakini G.Əliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmkəndlisi İbrahim Abbasovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR