Ağdaşda dərman verilən qoyunlar tələf oldular- VİDEO

Dərman içizdirilən heyvanlar bir neçə saatdan sonra ölməyə başlayıb.

Hadisə Ağdaş rayon Hapıtli kəndində qeydə alınıb. Kənd sakini Qabil Əliyev iddia edir ki,fərdi təsərrüfatında olan qoyunlarına Ləki qəsəbəsindən baytarlıq aptekindən qurd xəstəliyi əleyhinə dərman alıb. Hər şeydəbundan sonra olub.

Onun təsərrüfatında olan90 baş qoynundan 15-i tələf olub, yerdə qalanlar hələdə təhlükəaltındadır.

Rayon baytarlıq idarəsinin Hapıtli kənd sahə baytar həkimi Əlyusif Məmmədov bu faktı təsdiqləyib.Onun sözlərinə görə vətəndaşa məxsus 12 baş ana qoyun və üç quzu tələf olub. Baytarlar nümunələr götürərək labaratoriyaya göndərib.

Bayralıq aptekinin satıcısi isə həmin dərmanın istifadə yararlı olduğunu bildirib..

Faktla bağlı araşdırmalar davam etdirilir.

  DİGƏR XƏBƏRLƏR