Avtobuslar təhlükəsizlik yastığı ilə təchiz oluna bilər – Rusiyada

Rusiyanın Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi sərnişin avtobuslarını təhlükəsizlik yastıqları ilə təchiz etməyi təklif edir.

Trend-in məlumatına görə, qurumda hesab edirlər ki, təhlükəsizlik kəmərləri sərnişinlərin yol-nəqliyyat hadisələrinin ağır nəticələrindən qorunması üçün kifayət etmir.

Həmçinin avtobuslarda karkasın möhkəmləndirilməsi və oturacaqların bərkidilməsinin vacibliyi bildirilir.

Müvafiq təkliflər Texniki Tənzimlənmə və Metrologiya üzrə Federal Agentliyə təqdim olunub.

  DİGƏR XƏBƏRLƏR