Azərbaycan neftinin SON QİYMƏTİ – Ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 28-də 68,53 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,93 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,95 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,71 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,91 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 66,52 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır.

  DİGƏR XƏBƏRLƏR