Azərbaycanda yaşayış binasında partlayış oldu – VİDEO

Mingəçevirdə yaşayış binasında partlayış və yanğın olub.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsindəki 31 saylı binada baş verib.
Həmin binanın 2-ci mərtəbəsində iki otaqlı mənzildə kiçik qaz balonunun partlaması nəticəsində yanğın başlayıb. Yanğın həm də üst mərtəbənin  eyvanına yüksəlib. Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası və təcili tibbi yardım heyəti cəlb olunub. Sakinlər təhlükəsiz əraziyə təxliyə olunub.
Yanğın daha da genişlənmədən qarşısı alınıb və tamamilə söndürülüb. Hadisə zamanı ev sahibləri mənzildə olmadığından, partlayış və yanğından kimsə zərər görməyib.
Məlum olub ki, ev sahibləri qaz balonunu açıq qoyaraq çölə çıxıb və məhz bu zaman partlayış baş verib.
Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR