Azərbaycanda yeni DATA mərkəzi açıla bilər

Yevlax rayonunda tikilməkdə olan ehtiyat DATA mərkəzi bu ilin iyul ayında fəaliyyətə başlaya bilər.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, bunu Bakıda “AzInTelecom”un direktor müavini Ceyhun Əliyev kibertəhlükəsizlik həftəsi çərçivəsində keçirilən “Dayanıqlı və təhlükəsiz bulud mühiti” konfransında deyib.

O qeyd edib ki, ehtiyat nüsxələmə çox vacib texnologiyadır və bunun köməyi ilə istənilən itirilmiş informasiyanı bərpa etmək olar:

“Elə şirkətlər var ki, onların öz İT infrastrukturları yoxdur, bu şirkətlər öz məlumatlarını Yevlaxda tikilən məlumat bazasında saxlaya bilər”.

  DİGƏR XƏBƏRLƏR