Bakıda 7 tələbənin zəhərləndiyi dönərxanadan GÖRÜNTÜLƏR

Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb.
Medicina.az-ın REAL-a istinadən məlumatına görə, onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.
Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.
Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Videogörüntünü sizə təqdim edirik:

  DİGƏR XƏBƏRLƏR