Bakıda bayram tonqalı böyük yanğına səbəb oldu – VİDEO

Xətai rayonunda tonqal ağacların yanmasına səbəb olub.

ONA-nın verdiyi xəbərə görə, hadisə Gəncə prospekti 2 ünvanında baş verib.

Yel çərşənbəsi münasibəti ilə binanın həyətyanı sahəsində tonqal qalanıb. Küləkli hava şəraiti alovun yüksəlməsinə səbəb olub. Nəticədə alov binanın yaxınlığındakı küknar ağaclarını yandırıb.

Dərhal hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Dövlət Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib.

Alovun digər ağaclara və tikililərə keçməsinin qarşısı alınıb.

  DİGƏR XƏBƏRLƏR