Bakıda qəza – iki avtomobil toqquşdu (VİDEO)

Bir neçə dəqiqə əvvəl Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qəza baş verib.

Trend-in məlumatına görə, Bakı Dairəvi-1 avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətindən başlayan hissəsində “Mercedes” və “Ford” markalı avtomobilləri toqquşub.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri yüngül xəsarətlər alsalar da, avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR