Bakıda quldurluq edən dəstənin digər üzvləri də saxlanılıb

Paytaxtın Nəsimi rayonu ərazisində quldurluq etmiş dəstənin digər üzvləri də polis əməkdaşları tərəfindən yaxalanıb.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyevin evinə gəlib quldurluq yolu ilə oradan 1900 manat pul və avtomobil açarlarını aparmaqda şübhəli bilinən qrupun digər üzvləri – Tərtər rayon sakini E.Hüseynli və Gəncə şəhər sakini N.Cəfərova da müəyyən edilərək saxlanılıbar.

  DİGƏR XƏBƏRLƏR