Ceki Çan “Alpinistlər” filmində

Məşhur aktyor Ceki Çan və döyüş sənəti ustası Ceki Vu “Alpinistlər” filmində əsas rolları ifa edəcəklər.

Trend-in məlumatına görə, film Everest zirvəsinə qalxan ilk çinli alpinistlərə həsr olunub.

Ekran əsərini tanınmış honq-konqlu rejissor Deniel Li çəkəcək.

Filmin mövzusu real hadisələrə əsaslanır: 1960-cı il mayın 25-də alpinistlər Tsyuy İn-hua, Qonpo və Van Fuçjou tarixdə ilk dəfə olaraq Everestə şimal istiqamətindən qalxmağa müvəffəq olublar.

  DİGƏR XƏBƏRLƏR