Çində əməliyyat olunan uşağın mədəsindən kiloqram yarım saç çıxartdılar

Çinin Quandun şəhərində həkimlər maraqlı əməliyyat həyata keçiriblər.

Trend-in məlumatına görə, əməliyyat zamanı həkimlər 8 yaşlı qızcığazın mədəsindən kiloqram yarım saç kütləsi çıxarıblar.

Bildirilir ki, anası uşağın qarnının şişməyə başladığını görüb həkimə müraciət edib. Uşağın mədəsi yuyulsa da, bunun köməyi olmayıb. Kompüter tomoqrafiyasından sonra isə məlum olub ki, onun mədəsində yemək qalıqlarına saç kütləsi yığılıb.

Hazırda qızcığaz özünü yaxşı hiss edir.

Həkimlər bildiriblər ki, saçını yemək bəzi insanlarda rast gəlinən pikatsizm sindromu ilə əlaqədardır.

  DİGƏR XƏBƏRLƏR