Çində fabrikdə PARTLAYIŞ – 5 ölü

Çinin şərqindəki Şandun əyalətində fabriklərin birində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub. Daha 3 nəfərin isə xəsarət aldığı bildirilir.

Qeyd olunur ki, fabrikin sahibi polis tərəfindən saxlanılıb.

Partlayışa səbəb kimi mayeləşdirilmiş qaz çənində sızma göstərilib.

  DİGƏR XƏBƏRLƏR