ÇL: “Bavariya” doğma meydanda azarkeşlərini məyus etdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Bavariya” doğma meydanda “Liverpul”u qəbul edib.

Trend-in məlumatına görə, matç 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Oyunda hesabı 26-cı dəqiqədə Mane açıb. 39-cı dəqiqədə Matip avtoqola imza ataraq hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Van Dayk qonaqları hesabda irəli çıxarıb. 84-cü dəqiqədə isə Mane sonuncu qolu vuraraq yekun hesabı müəyyən edib.

Bununla da, “Liverpul” növbəti mərhələyə keçib.

  DİGƏR XƏBƏRLƏR