Diabet və ürək xəstələri üçün – Hansı çərəz nəyə faydalıdır?

Çərəzlər hər formada faydalı qida hesab edilir. Onları qida rasionumuza daxil edərək, ürək-damar xəstəlikləri riskini azalda, xolesterinin miqdarını normaya sala və əhval-ruhiyyənizi qaldıra bilərsiniz. 
Medicina.az insan orqanizmi üçün ən faydalı çərələri sizin üçün seçib və faydalarını araşdırıb:
 
1. Qoz – beynin fəaliyyətini yaxşılaşdırır, prostat xərçəngindən qoruyur. Qoz alma və salatlarla birlikdə yeyildikdə, daha yaxşı nəticə verir.
2. Yerfındığı – paxlalılar fəsiləsinə aid olmasına baxmayaraq, çərəzlərin bütün faydalı xüsusiyyətlərini özündə cəmləşdirir. Onun tərkibində bol miqdarda zülal və vitaminlər mövcuddur.
3. Badam – badamın tərkibi doymuş yağlarla, zülalla və liflə zəngindir.
4. Püstə – bu çərəz olduqca faydalı hesab olunur. Onun tərkibində iltihab əleyhinə antioksidantlar mövcuddur. Qida rasionuna bu çərəzi daxil edən insanlar öd kisəsi daşlarından daha az əziyyət çəkir.

  DİGƏR XƏBƏRLƏR