Dünyanın ən böyük xəstəxanası Ankarada tikiləcək

Ankarada dünyanın ən böyük xəstəxanasının tikintisinə başlanılıb.

Trend-in məlumatına görə, xəstəxananın təməlqoyma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Məlumata görə, xəstəxana gündə 30 min pasiyentə xidmət göstərəcək. Xəstəxanada 674 çarpayılıq 131 cərrahiyyə və reanimasiya şöbəsi olacaq.

Burada, eləcə də 8 min pasiyentə operativ xidmət göstərəcək xüsusi təcili tibbi yardım şöbəsinin fəaliyyət göstərəcəyi bildirilir.

Bundan başqa, xəstəxanın özəlliyi burada vertolyot meydançasının da olmasıdır.

  DİGƏR XƏBƏRLƏR