Estoniyada parlament seçkilərində müxalifət qalib gəldi

Estoniyada parlament seçkilərində müxalif İslahatlar Partiyası qələbə qazanıb.

Trend-in məlumatına görə, səsvermənin nəticəsinə əsasən İslahatlar Partiyası 34 mandat alıb. İkinci yeri 25 yerlə hakim Mərkəzçi Partiya tutur. Sonrakı sıralarda Mühafizəkar Xalq Partiyası (19 mandat), Vətən Partiyası (12 mandat) və Sosial-Demokrat Partiyası (10 mandat) gəlir.

Hökuməti formalaşdırmaq hüququnu seçkilərdə qalib gəlmiş partiya əldə edib.

İslahatlar Partiyasının proqramı mərkəzçilərin proqramın 3 məsələdə kəskin fərqlənir: vergilər, vətəndaşlıq və eston dilində təhsil.

  DİGƏR XƏBƏRLƏR