Goranboyda 4 otaqlı ev yanıb

Goranboyda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Həmənli kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli, kürsülü 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 135 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  DİGƏR XƏBƏRLƏR