İranda daşqınlar – 500 ailə evini tərk etdi

İranın şimalında yerləşən Mazandaran vilayətinin Simurq rayonunda 500 ailə evini tərk edib.

Trend-in məlumatına görə, bunu İranın Mazandaran vilayəti valisinin müavini Mehdi Razcuyan deyib.

M.Razcuyanın sözlərinə görə, vilayətdə Talar çayının daşması Simurq rayonunun Kiyakola şəhəri və 6 kənddə ailələrin evlərini tərk etməsi ilə nəticələnib.

Vali müavini əlavə edib ki, ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər.

M.Razcuyan Talar çayının daşması nəticəsində Kiakola şəhəri və 9 kənddə yolların su altında qaldığını deyib.

Qeyd edək ki, Talar çayı İranın Mazandaran vilayətinin mərkəzi rayonlarından olan Simurq rayonundan keçir.

İranın Mazandaran vilayətində çayların daşması 8 rayona – Sari, Miandurud, Səvadkuh, Simurq, Babol, Behşəhr, Gəlugah və Neka rayonlarına ciddi ziyanlar vurub.

İranın 22 vilayəti qar çovğunu və daşqınlarla üzləşib.

  DİGƏR XƏBƏRLƏR