İranda vertolyot qəzaya uğradı

İranın Çahar-Mahal və Bəxtiyari vilayətində təcili tibbi yardım vertolyotu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, hamilə qadına yardım etmək üçün 4 sərnişinlə havaya qalxan vertolyot qəzaya uğrayıb.

Sərnişinlərdən ikisi təcili yardım mütəxəssisi, ikisi isə pilot olub.

  DİGƏR XƏBƏRLƏR