İstintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 29.177.2.1 və 29.177.2.3-cü maddələrinə əsasən həbs edilmiş Quliyev Əli Məhərləm oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Quliyev Rafiq Məhərləm oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman cibində olan siqaret qutusunun içərisində gizlədilmiş bükülülərdə 0,546 qram narkotik maddə – “heroin” və 0,232 qram psixotrop maddə – “metamfetamin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR