KİŞİLƏR, DİQQƏT! Bu xəstəlik sonsuzluğa səbəb olur – XƏBƏRDARLIQ

Qulaq ağrısı hər yaş qrupunda olan insalarda müşahidə edilir. Qulaqda cingilti, qaşıntı və s. əlamətlər qulaqda  ağrıları daha da artırır. Dözülməz ağrılar travmaya və daha ağır nəticələrə gətirib çıxardır. Viruslar vasitəsi ilə yayılan kəskin infeksiyalar qulaqdibi xəstəliyi və ya parotid  adlanır.
Medicina.az bildirir ki, bu xəstəliyə əsasən uşaqlarda və yeniyetmələrdə rast gəlinir. Adından da göründüyü kimi qulaqdibi xəstəliyi qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərinin şişməsi nəticəsində yaranan xəstəlikdir. Virus orqanizmə daxil olduqdan 10-18 gün sonra xəstəlik ortaya çıxır. Xəstəliyə kişilərdə qadınlara nisbətən daha tez-tez rast gəlinir.
Qulaqdibinin ilkin əlamətləri
– Halsızlıq və hərarət
– Udqunan zaman qulağın ön və aşağı hissəsindəki ağız suyu vəzlərində ağrı
– Qulaq ətrafı nahiyədə şişlik
Uşaqlarda qulaq ağrısı soyuqdəymədən, yaxud çiməndən sonra baş verir. 3-4 yaşlı uşaqlar qulaq infeksiyalarına qarşı meyli olurlar. Əgər balacalar qulaq ağrısından şikayət edirsə, mütləq həkimə müraciət etmək lazımdır!
İlk yardım üsulları
– Yaranan şişin üzərinə isti kompres qoyulmalı
– Xəstəliyin əlamətləri yox olana qədər yataq şəraitində olmalı
– Soyuqdan qorunmalı
Araşdırmalar göstərir ki, sözgedən xəstəlik kişilərdə sonsuzluğa da səbəb ola bilir. Buna görə də yuxarıda qeyd etdiyimiz simptomlar müşahidə edilirsə, mütləq həkimə müraciət olunmalıdır.

  DİGƏR XƏBƏRLƏR