Konqoda qatar aşıb, 24 nəfər ölüb, 31 nəfər yaralanıb

Demokratik Konqo Respublikasında yük qatarının relsdən çıxaraq aşması nəticəsində  24 nəfər ölüb, 31 nəfər yaralanıb.

“Report” “DHA”ya istinadən xəbər verir ki, hadisə ölkənin Kasai əyalətinin Bena Leka şəhərində baş verib.

Yük qatarının vaqonlarında çox sayda qanunsuz sərnişin olub.

Qəza yerinə polis və təcili tibbi yardım heyəti cəlb edilib.

  DİGƏR XƏBƏRLƏR