Kreditlər üçün faiz dərəcələrinin yuxarı həddi dövlət tərəfindən müəyyən ediləcək

Bankların müştərilərinə verdiyi kreditlər üçün faiz dərəcələri və komisyon haqların yuxarı həddi dövlət orqanı tərəfindən müəyyən ediləcək.

“Qafqaz Xəbər” qəzeti Trend-ə istinadən  məlumatına görə, bununla bağlı “Banklar haqqında” qanuna dəyişikliklər edilir.

Qanuna təklif edilən əlavəyə görə, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Yeni dəyişikliklər müştərilərin maraqlarının qorunması məqsədilə kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və bank xidmətləri üçün digər ödənişlərin optimallaşdırılması məqsədilə onların yuxarı həddinin tənzimlənməsini nəzərdə tutur.

  DİGƏR XƏBƏRLƏR