Malta ordusu liviyalı miqrantların qaçırdığı Türkiyə tankerini azad edib

Malta ordusu liviyalı miqrantlar tərəfindən ələ keçirilmiş Türkiyə tankerini azad edib.

Trend-in məlumatına görə, xüsusi təyinatlıların keçirdiyi əməliyyat nəticəsində gəmi miqrantlardan geri alınıb.

Bu gün səhər saatlarında gəmi Maltanın Valletta limanına çatdırılıb.

Qeyd edək ki, ötən gün Türkiyə tankeri Liviya sahillərində 108 miqrantı xilas edib. Daha sonra miqrantlar Liviyaya qayıtmaqdan imtina edərək üsyan qaldırıb və gəmidə nəzarəti ələ keçirib.

  DİGƏR XƏBƏRLƏR