Mozambikdə 84 nəfərə qədər insan siklonun qurbanı olub

Mozambikdə İdai siklonundan həlak olanların sayı 84-ə çatıb.

Trend-in məlumatına görə, bu barədə ölkə Prezidenti Filipe Nyusi bildirib.

Xatırladaq ki, İdai siklonu Mozambikin mərkəzi hissəsində 15 martdan tüğyan etməyə başlayıb. Qızıl Xaç Beynəlxalq Federasiyasının verdiyi məlumata əsasən, siklon liman şəhəri Beyranın 90%-i dağıdıb.

  DİGƏR XƏBƏRLƏR