Nazirlik rəsmisi: Gənc meteoroloqlara ehtiyac var

Azərbaycanda meteorologiya sahəsində təhsil alan gənc mütəxəssislərə ehtiyac var.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, bu gün hidrometeoroloji xidmətdə müasir texnologiyaların tətbiqi istiqamətində işlər aparılır:

“Lakin meteorologiya sahəsində gənc mütəxəssislərə ehtiyac var. Ona görə də gəncləri bu sahəyə maraq göstərməyə çağırırıq və onları bizim hidrometeoroloqlar arasında görmək istərdik”.

  DİGƏR XƏBƏRLƏR