Nuranə Kazımova: “Azərbaycan gəncliyinin problemində ilkin olaraq eşq macəraları, sosial şəbəkələrdir”

NP Baku Center mərkəzinin rəhbəri neyropsixoterapevt Nuranə Kazımovanın “Qafqaz Xəbər”ə müsahibəsi

-Nuranə xanım mümükünsə bir qədər NP Baku Center mərkəzi haqqında məlumat verərdiz.

Bizim mərkəz neyropsixologiya mərkəzi olaraq fəaliyyətə başladığı ilk gündən həm uşaqlarla həm də böyüklərlə mütəmadi iş aparıb. İlk növbədə anonomliyi qoruyub saxlamlşlq. Vəzifələrimizdən biri də insanlarda özünə güvən yaratmaqdır. Pasient öncə bilməlidir ki psixoloq kimdir psixoterapevt və ya neyropsixoterapevt kimdir. Maarifləndirmə olarsa pasient istədiyi nəticəni əldə etməkdə cətinlik cəkməz. Bu cox önəmlidir. Uşaq psixoterapiyasında mental arifmetika daha dəqiq desək asanlıqla riyazi hesablamalar aparılması ücün proqram diqqət bacarığını artıracaq proqram hər bir uşağın fərdi bacarıqlarına uyğun öyrənmə tezliyi yaradan və digər bu kimi proqramlar üzrə işlər aparılır. Bəzi uşaqlarda diqqətsizlik problemləri də aşkarlanır ki bunu da neyrokom adlanan proqram üzrə balacalarımızla iş aparırıq. Bu uşaqlarda sırf diqqət bacarığının artırılması ücündür. Diqqət əksikliyi ilə diqqət dağılması arasında fərq var. Birinci halda əqlin inkişafında problem varsa ikincidə diqqət dağınıqlığının altında yatan səbəbləri araşdırırıq.

Bu səbəbi araşdırandan sonra diqqət dağınıqlığını aradan qaldırmaq mümkündür?

Təbii ki. Yeniyetməlik dövründə və ya abituriyent imtahanları zamanı qarşısında ağır məsələlər durur. Ali məktəblərə daxil olmaq ücün sınaq imtahanlarına gedən yeniyetmələr diqqətsizlikdən bəzən bunun öhdəsindən gələ bilmirlər. Burda diqqət dağıntısıyla yanaşı stress də böyük rol oynayır. Bütün bunlar da proqramlar üzrə aparılır.

-Deyə bilərsinizmi bu günkü gəncləri daha cox nə narahat edir? Onlar sizə hansı problemlərlə müraciət edirlər?

Etnopsixoloji olaraq insanların problemləri fərqlidi. Azərbaycan gəncliyinin problemində ilkin olaraq eşq macəraları, sosial şəbəkələrdir. Gənclərimizin bəzilərində tənbəllik özünü büruzə verməkdədir. Onlar düşünürlər ki kimsə onların əvəzinə nəsə edəcək. Sanki özünə arxayınlıq yaranıb. Daha rahat olublar. Mən xaricdə yaşayarkən müşahidə etdim ki dövlət tərəfindən lazımi şərait yaradılmasa da gənclərçaba göstərib nəsə əldə etmək istəyirlər. Amma bizdə hər cür şərait yaradılsa da gənclərimizdə sanki bir qədər rahatlıq duyğusu var. Kimsə mənim yerimə edəcək fikri formalaşıb. Bir az şikayətçilik coxdur. Halbuki şikayət özünə bəraət qazandırmaqdan irəli gəlir. Digər məsələ isə eşq macərası yaşayan gənclərdə itirmək qorxusunun olmasıdır. Bu da gənclərdə depressiv hallara gətirib cıxarır. Bunun da qaynaqlandığı səbəb gənclərimizin az mütaliə etməsidir.

-Bu gün texnologiyanın inkişafı daha dəqiq desək internet mobil telefon və s gənclərimizi ünsiyyətdən səmimiyyətdən uzaqlaşdırıb. Sanki insanların şouya marağı coxalıb.

Təəssüf ki bu hal nəinki gənclərdə orta yaşlı adamlarda da müşahidə olunmaqdadır. Bu qlobal bir məsələdir. Ünsiyyətin vizuallaşması artıq həyatımızın bir hissəsinə çevrilib. Əvvəllər məsafələr uzaq olsa da ünsiyyət üçün can atırdıq və səmimiyyət yetərincəydi. İndi texnolji vasitələr əlimizdə olmasına baxmayaraq yenə də gecikirik yenə də unuduruq. Halbuki ovcumuzun içində olan kiçik bir cihaza əlimizi toxundurmaqla istənilən insanla ünsiyyət qura bilərik. Deməli zəmanə dərinliklərə hakim ola bilmir. Bütün bunlar da bir çox problemlərə gətirib cıxarır. Bir birimizdən ayrı düşürük. Nə qədər gün ərzində bir birimizə mesaj yazsaq da o istiliyi yarada bilmirik. Nə qədər virtual yaxın olsaq da yenə uzaqlaşırıq.

-Əksər insanlarda yaranan panik vəziyyət nə ilə əlaqədardır? Niyə insanları pessimist hadisələr daha cox cəlb edir?

Son vaxtlar insanlarda panik vəziyyətə daha cox rast gəlinir. Əsas məsələ bunun altında yatan səbəblər ona yaranan təşvişləri araşdırmaqdır. Nədənsə bədbinlik pessimistlik bizi daha cox cəlb edir. Nəyi göstərirlərsə ona daha cox meyl edirik.

-Bəs depresiya nədir və bu vəziyyətdən necə cıxmaq mümkündür?

Depresiya illər boyu insanların əziyyət cəkdiyi bir məqamdı. Depresiya şəxsiyyət formasına görə fərqlilik daşıyır. Evdar xanımın depresiyası başqadır mütaliə edənin başqa alimin depresiyası tamamilə fərqlidir. Buna görə də onun terapiyası da fərqli aparılır. Əslində baş verən hadisələri qəlbimizə yaxın götürməklə bir növ depresiyaya qapı açmış oluruq. İnsanların bir birinə münasibəti daha dəqiq desək soyuqqanlılığı da bizi depresiyaya sala bilir. Əgər insan həyatının məqamlarına şirinlik qata bilib həzz alarsa depressiv vəziyyətdən cıxa bilər. Artıq yüklənmə prosesi olmaz. İnsan özü öz həkimi olmalıdı. Əgər insan normal bir həyat tərzinə hazır deyilsə ona dünyanın ən öndə olan həkimləri gəlsə belə ən təsirli dərman preparatları verilsə də kömək etməyəcək.

-Nuranə xanım musiqi terapiyası hansı xəstələrə daha məqsədəuyğun hesab edilir?

Musiqi ümumiyyətlə insan həyatının bir parçasıdır. Musiqi sərhədsizdir. Onun dili yoxdur. Musiqi janrlarının seçilməsi də insan psixlogiyasını xarakterizə edir. Məsələn caz musiqisini sevənlər daha cox xəyalpərəst insanlar kimi qeyd olunur. Musiqi terapiyası tamamilə fərqli bir aspektdir. Musiqi terapiyası dərin və incə bir elmdir. Daha öncələr Osmanlı mədəniyyətində musiqi terapiyası və neylə də bu terapiyayla məşğul olurdular. Hətda ağır xəstələrdə şizofrenik xəstələrdə belə bu öz müsbət təsirini göstərirdi. Musiqi terapiyası cox önəm kəsb edir. Bank sektorunda və ya digər müəssisələrə təklifimiz o ola bilərdi ki səsli küylü yerlərdə həzin musiqi sədaları səslənsin. Bu orda çalışan insanların stress vəziyyətindən azad olması xoş təəssüratların yaranması və yüksək enerjiylə calışmasına səbəb olardı. Müştərilərin də məmnunluğuna şərait yaranmış olardı.

-Psixologiya və tətbiqi incəsənət ikisi bir arada vəhdət təşkil edə bilirmi?

Təbii ki. Mən kuratoru olduğum fəaliyyətdə gənc rəssamlarımıza tövsiyyə edirəm ki içinizdəki duyğuları əsərlərinizə yansıtmayın. İnsanlara nələri bəxş edəcəksiniz onların görmək istədiklərinin baxış açısıyla baxın çəkdiklərinizə. Bir dəfə qalereyanı gəzirdim. Rəsm əsərlərinin birində rəssamın çəkdiyi əsərdə diqqətimi cəkən bir məqam oldu. Rəssam yalnız qadın şəkilləri çəkməklə yanaşı bütün əsərlərdə sanki başının yana çevrildiyinin onun gedəcəyinə işarə olan məqamlar nəzərimdən qaçmadı. Mən həmin rəssamla söhbət zamanı “sizin həyatınızda hansısa bir xanımın tərk etmək çıxıb getmək kimi məqam yaşanıbmı” soruşanda “bəli” cavabını verdi. Bunu artıq əsərlərdə görmək mümkündü. Uşaqlarla terapiyada tamam fərqli aspektdən yanaşırıq. Uşağı rahat buraxaraq ondan ailə tablosunu necə görürsə elə də çəkməyi rica edirik. Görürük ki rəsmdə uşaq ananın sağ əlini uzun çəkib. Atanı arxa planda göstərir. Bu şüur altında olan travmalardan irəli gəlir. Ana daim onu vurduğu üçün onun sağ əlini uşaq uzun çəkir. Atanı az az gördüyü üçün ata arxa plana keçib. Bunların hamısının incə açıqlamaları var.

-Çəkdiyiniz əsərlərdə əhvalınızın rənglərə təsiri varmı?

Biz bunu nə qədər gizlətməyə calışsaq da var. Mətbəxdə iki nəfər eyni məhsullardan yemək hazırlasa da yeməklər istər dad istərsə görünüşcə fərqli alınacaq. Hazırlanan yeməklərə çəkdiyimiz əsərlərə bir az sevgi bir az gözəllik qatsaq görün necə ürəkaçan olar.

-Uşaqlıqda olan travma insanı bir ömür boyu izləyirmi?

Təbii ki izləyə bilər. Aldığımız bir zərbə bir ömür boyu bizi müşayət edər. Lakin buna yanaşma tərzi fərqlidi. Gəlin düşünək uşaq evlərində böyüyən uşaq gələcəkdə yaxşı bir valideyn ola bilərmi? İki məqam var. Biri o boşluğu gördüyü halda cox gözəl bir valideynə çevrilə bilər. Digər məqamda isə bu boşluqdan heç nə ala bilməyən uşaq gələcəkdə uşağını nə qədər çox sevsə də bir valideyn kimi heç nə verə bilmir. Həyatda aldığımız travmalar artıq bizi güvənsizlik halına gətirir. Bu məqamda mütəxəsisə müraciət etmək daha məqsədəuyğun olardı ki həyatımızın digər aspektlərində cətinlik yaranmasın. Bəzən insan özünə o qədər qapanır ki səhhətində digər bir problem yaradır. Və hətda belə olan halda kritik bir vəziyyətə gəlir. Yaxşı olardı ki belə halda həmin adamın yaxınları onu vaxtında mütəxəsis yanına aparardılar.

Əhval-ruhiyyənin yaxşı olması ücün nə məsləhət görərdiz?

Yaradılışımızın bir möcüzə olduğunu anlasaq insan həyata gözəlliklərlə baxmalıdı. Həyatın gözəlliklərini görüb zövq almaq lazımdı.

“Qafqaz Xəbər” qəzeti

  DİGƏR XƏBƏRLƏR