Ömründə ilk dəfə meyvə yeyən qız

Britaniyanın Portsut şəhər sakini 3 yaşından bəri fast food məhsulları ilə qidalansa da, 21 yaşında öz adətini dəyişib.

Lenta.ru saytının verdiyi xəbərə görə, 21 yaşlı Corci Skotni bəzi qida məhsullarını yeyə bilməməkdən əziyyət çəkirdi.

Onun dietası bəzi məhdud yeməklərdən ibarət idi. Ona görə də qızda ona naməlum olan yeməklərlə bağlı ciddi qorxu yaranıb. Bir neçə il Skotni ancaq çörək, çips və KFC firmasından olan toyuq, şokaladlı şirniyyatlatla qidalanıb.

Mütəmadi olaraq idmanla məşğul olmasına baxmayaraq, qız qida rasionuna görə ağır çəkidən əziyyət çəkib. Mədə genişlənməsi yaşayan qızcığaz nəhayət hipnoz seanslarına qatılıb. Bu seanslar isə onu naməlum yemək qorxusundan azad edib: “Hər şey dəyişdi. Mən bu günə qədər dadmadığım yeni qidalar yeməyə başladım. Mən 15 ildir ki, ingilis səhər yeməyini arzulayırdım. Ancaq indi onun zövqünə vara bildim”.Musavat.com

  DİGƏR XƏBƏRLƏR