Ötən ay 195-2 Çağrı Mərkəzinə 1200-dək müraciət edilib

2019-cu ilin fevral ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 955-i canlı rejimdə birbaşa, 238-i isə səsli menyu vasitəsilə olmaqla 1200-dək müraciət daxil olub.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, güzəştli kreditlərdən istifadə, istehlakçıların hüquqlarının müdafiəsi, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də Nazirliyin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlərin əksər hissəsi operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə Nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək 195-2 Çağrı Mərkəzinə 86 minə yaxın müraciət daxil olub.

Qeyd edək ki, 195-2 Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün sabit və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və 195-2 tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

  DİGƏR XƏBƏRLƏR