Parisdə park və qəbiristanlar ziyarət üçün bağlandı – SƏBƏB?

Parisdə park və qəbiristanlar ziyarət üçün bağlanıb.

Trend-in məlumatına görə, buna səbəb əlverişsiz hava şəraitidir. Fransa paytaxtının meriyası şəhər sakinlərinə güclü küləklə əlaqədar xəbərdarlıq edib: “Parklar, bağlar və qəbiristanlar bağlıdır”.

Küləyin sürətinin saatda 110 km-ə, Atlantik okeanı sahillərində isə 130 km-ə çatacağı gözlənilir.

Hava şəraitinin dəniz, hava və dəmiryol nəqliyyatının işinə təsir göstərə biləcəyi deyilir.

  DİGƏR XƏBƏRLƏR